Uorlik: “Münaqişənin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyirik”
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyir”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşlər başa çatdı. Biz əsas məsələlər üzrə tərəqqini səbirsizliklə gözləyirik”, - deyə o, bildirib.
Qeyd edək ki, həmsədrlər BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçiriblər.
1news.az
696