Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Krallığının vəliəhdini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, təbrikdə deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
1news.az
465