Koreyada “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Koreyada “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək

12:30 - 22 / 09 / 2016
Koreyada “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək

8-13 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək.

1news.az-a səfirlikdən verilən xəbərə görə,  festivalda Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətləri iştirak edəcək.

8 noyabr tarixində paytaxt Seulda yerləşən Koreya Milli Muzeyində iştirakçı ölkələrin mədəniyyət xadimlərinin birgə iştirakı ilə Festivalın açılış mərasimi keçiriləcəkdir.

9 noyabr tarixində Seulda Azərbaycan günü, 13 noyabr tarixində isə Qimhe şəhərində Azərbaycan, Qazaxıstan və Qırğızıstan mədəniyyət xadimlərinin iştirakı ilə birgə konsert keçiriləcək.

Festivalda Azərbaycanı Milli İnstrumental Ansamblı, Azərbaycan Mahnı və Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Elçin Şirinov və caz qrupu təmsil edəcəkdir.

Konsert proqramlarına paralel olaraq tədbirin keçiriləcəyi Koreya Milli Muzeyinin lobbisində Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, təbiəti, müasir arxitekturasını əks etdirən foto, həmçinin milli geyim sərgisi nümayiş etdiriləcək.

Festival çərçivəsində 11 noyabr tarixində Rövşən İsaxın Koreya dilində subtitrlə hazırlanmış “Aktrisa” filmi nümayiş etdiriləcək.

Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, foto və milli geyimlərin nümayişi, habelə film festivalı üçün Azərbaycan filminin təmin edilməsi AR Mədəniyyət və Turizm Nazirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

1news.az

Paylaş:
785

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər