Növbəti “qara piar” kampaniyası: Qərb yenə yanlış yolda – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Növbəti “qara piar” kampaniyası: Qərb yenə yanlış yolda – Newtimes.az

16:53 - 23 / 09 / 2016
Növbəti “qara piar” kampaniyası: Qərb yenə yanlış yolda – Newtimes.az

Avropanın bir sıra qurumları Azərbaycanla bağlı qərəzli iddialar irəli sürməkdə davam edirlər. Son olaraq Venesiya Komissiyası sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendum ilə bağlı süni arqumentlərlə dolu rəy hazırlayıb. Bu sənədin sürətlə və vaxtından xeyli əvvəl ortaya çıxarılması göstərir ki, yenidən kimlərsə Azərbaycana qarşı böhtan kampaniyasına başlayıb.

Təcrübə göstərir ki, belə hallar, adətən, ölkəmiz ciddi uğura nail olduqda baş verir. Referendum da Konstitusiyada əhəmiyyətli dəyişiklikləri həyata keçirmək məqsədi ilə keçirilir. Bundan əlavə, Prezident İlham Əliyev Avropa Parlamenti nümayəndələrini qəbul edən zaman bu təşkilatın Azərbaycana qarşı tutduğu mövqenin ədalətli olmaması ilə bağlı maraqlı faktlar açıqlayıb.

Əsassız arqumentlər: Avropa Parlamentinin səhv addımları

Azərbaycanda əhəmiyyətli hadisələrin keçirilməsi ərəfəsi bəzi xarici dairələr xeyli fəallaşır. Son illərin təcrübəsində buna dəfələrlə rast gəlinib. Adətən, uğurlu iqtisadi addım atıldıqda (məsələn, iri enerji layihəsi haqqında razılıq əldə edildikdə), milli dövlətçiliklə bağlı önəmli islahatın aparılmasını nəzərdə tutan tədbir təşkili edildikdə (deyək ki, idarəetmədə ciddi dəyişiklik paketi reallaşanda), yaxud böyük beynəlxalq tədbir (misal olaraq, "Avroviziya" musiqi yarışmasını və ilk Avropa Oyunlarını göstərmək olar) keçirildikdə, hansısa dairələr ciddi narahatlıqlar keçirirlər. Bu kimi hallara müəyyən mənada alışmışıq.

Hər dəfə də onlar xalqdan lazımi cavablarını alırlar. Azərbaycan cəmiyyəti daim sübut edir ki, hakimiyyətlə bir yerdədir və onun həyata keçirdiyi islahatları tam dəstəkləyir. Maraqlıdır ki, buna baxmayaraq, həmin dairələr yenə də əvvəlki səhvlərini, yanlış əməllərini davam etdirirlər.

Bu dəfə bir sıra məqamlar Prezident İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı üzə çıxıb. Daha doğrusu, Azərbaycan rəhbəri konkret faktlarla sübut edib ki, Qərbin bir sıra dairələri Azərbaycana qarşı qərəzli mövqe tutur və buna son qoyulmalıdır. Rəsmi Bakı belə vəziyyəti qəbul edə bilməz (bax: Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib / AZƏRTAC, 20 sentyabr 2016).

Məsələ Azərbaycanda sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək ümumxalq səsverməsi ilə bağlıdır. Bu tədbir ərəfəsində yenə də Avropadan müxtəlif xarakterli ittihamlar səslənməyə başlayıb. Bəzi Avropa qurumları Azərbaycanı insan haqlarının, demokratik idarəetmə prinsiplərinin pozulmasında günahlandırıb. Faktlar isə bunların tam əsassız olduğunu göstərir. Ölkə başçısı bu kontekstdə "Fredoom House"un bədnam hesabatlarındakı ağ yalanları dəqiq surətdə açıb göstərib.

Bu təşkilat Azərbaycanın azad olmadığından dəm vurur. İnternet sahəsində isə qismən azadlığın olduğunu iddia edir. Hətta son 10 ildə Azərbaycanın Avrasiya məkanında ən geridə qalan ölkə olduğundan yazır. Prezident İlham Əliyev haqlı olaraq bu kimi yalanlarla dolu üzdəniraq hesabatların Azərbaycan üçün heç bir əhəmiyyətinin olmadığını, eyni zamanda, onların gülünc olduğunu vurğulayıb (bax: əvvəlki mənbəyə).

Doğrudan da, Azərbaycan son 10 ildə postsovet məkanında ən sürətlə inkişaf edən və daim islahatlar aparan ölkədir. Onun həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən proqramlar haqqında beynəlxalq təşkilatlarda yüksək səviyyəli fikirlər ifadə edilib. Hər kəs qəbul edir ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan Respublikasının Prezidenti "Böyük İyirmiliy"in (G20) sammitinə dəvət edilir. "Yeni İpək Yolu" layihəsində Bakının iştirak etməsi üçün xüsusi səylər göstərilir və səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Ədalətsizliyin izi ilə: Qərb niyə dəyişmir?

Bundan başqa yüzlərlə faktlar var ki, "Fredoom House"un nə dərəcədə qərəzli, əsassız və böhtançı mövqedə olduğunu təsdiq edir. Ermənistan kimi təcavüzkar, heç bir islahat aparmayan, qonşularına qarşı əsassız iddialar irəli sürən bir ölkə haqqında susan bir təşkilat hansı haqla Azərbaycanın uğurlarına kölgə salmağa çalışır? Hamıya məlumdur ki, uzun müddət ona rəhbərlik etmiş Devid Kramer cənabları sırf ermənipərəstlik edir. Bu halın indiyə qədər qalması acı təəssüfdən başqa hiss doğura bilməz. Məsələ yalnız bununla məhdudlaşmır.

Ölkə başçısı Avropa Parlamentinin nümayəndə heyətinə digər faktlardan bəhs edərək, əsl demokratiya və humanizm dərsi verib. İlham Əliyev ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleksis Şahtaxtinskinin vəzifəsindən azad edilməsini əsassız və qəribə adlandırıb. O, ABŞ-ın ATƏT-dəki nümayəndəsinin ciddi müdaxiləsi ilə, Prezident İlham Əliyevlə birgə şəkil çəkdirdiyinə görə, Fransa Xarici İşlər Nazirliyindəki və ATƏT-dəki işindən uzaqlaşdırılıb.

Dövlət başçısı bu qədər gülünc bir hadisənin qəbuledilməz olduğunu açıq deyib. Azərbaycan rəhbəri əsl siyasi lider kimi davranaraq, zərər çəkmiş insanın hüquqları bərpa olunmayınca, ATƏT-in Bakı ofisinin bağlı qalacağını bəyan edib. Azərbaycan Prezidenti konkret ifadə edib: "Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa, ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir" (bax: əvvəlki mənbəyə).

Təsəvvür edin, demokratiyadan və insan haqlarından dəm vuranlar hətta ATƏT-də məsul vəzifədə çalışan insana qarşı antidemokratik davranmağı özlərinə rəva bilirlər. Cinayətkar erməni separatçıları ilə foto çəkdirən Aİ və ATƏT rəsmiləri barədə söz deyən yoxdur. Müstəqil dövlətin başçısı, siyasi liderliyini dünyaya çoxdan sübut etmiş Azərbaycan Prezidenti ilə şəkil çəkdirən, milliyyətcə azərbaycanlı olan, dövlətçiliyimizdə rolu olan tanınmış ailənin nümayəndəsini ATƏT-dən uzaqlaşdırırlar?!

Budurmu söz azadlığı, insan haqları nümunəsi? Xocalıda qadın, uşaq və qocaları qətlə yetirən birisinin erməni dövlətinə rəhbərlik etməsinə tam normal yanaşılır, ancaq Şahtaxtinskinin öz xalqının tanınmış siyasətçisi, dövlət başçısı, həqiqi lideri ilə birgə şəkil çəkdirməsində "antidemokratiya elementi" görmək kimi ləyaqətsiz addım atılır! Prezident İlham Əliyevin bu cür addımlara əsl vətənpərvər, milli ruhlu insan kimi cavab verməsi təbii ki, hər bir Azərbaycan vətəndaşına qürur verir. Azərbaycanlılar öz Prezidentlərinin yanındadırlar.

Ölkə başçısı belə faktları vurğulamaqla yanaşı, Avropa Parlamentinin təcavüzkar Ermənistana münasibətdə lazımi qətiyyəti göstərmədiyinə də işarə edib. İrəvanın işğalçı siyasəti ucbatından münaqişənin indiyə qədər həll edilməməsi təsadüfi deyil. Buna baxmayaraq, Azərbaycan yenə də Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirir. Ölkə rəhbəri bu kontekstdə bildirib: "Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələr qarşılıqlı maraq əsasında uğurla inkişaf edir" (bax: əvvəlki mənbəyə). Bu, rəsmi Bakının ardıcıl, stabil və düşünülmüş mövqedə olduğunu bir daha təsdiqləyir. Avropa Parlamentindən fərqli olaraq, Azərbaycan heç bir tərəddüdlərə yol vermədən siyasi kursunu qətiyyətlə davam edir. Avropalı parlamentarların bundan lazımi nəticə çıxarması üçün zaman çoxdan yetişib.

Nəhayət, sonda bir vacib məqamın da üzərində dayanmaq istərdik. Venesiya Komissiyası Azərbaycanda Referendum Aktının layihəsi barədə qəribə bir rəy verib. Referendum keçirilməmiş, Konstitusiyada ediləcək dəyişikliklər tam dərk edilməmiş bu mötəbər qurum əsassız iddialarla dolu hesabat hazırlayıb. Bu rəy barədə fikir bildirən Azərbaycan tərəfi konkret faktlarla oradakı yalanları ifşa edib.

Yuxarıda vurğulananlar nəyi ifadə edir? Qərbdə bir sıra dairələr Azərbaycanın müstəqil dövlət quruculuğu işində növbəti uğuruna kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Lakin onlar bu dəfə də məyus olacaqlar. Çünki Azərbaycana qətiyyətli, vətənpərvər, qeyrətli və güclü siyasi lider olan İlham Əliyev rəhbərlik edir!

Newtimes.az

Paylaş:
699

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər