Bankomat qaynaqla kəsildi, 155 min manat oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bankomat qaynaqla kəsildi, 155 min manat oğurlandı

18:31 - 23 / 09 / 2016
Bankomat qaynaqla kəsildi, 155 min manat oğurlandı

Salyan rayonunda bankomatdan oğurluq olub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun  Sarvan kəndində baş verib.

Naməlum şəxslər banklardan birinin bankomatından 155 min manat oğurlayıblar. Bankomatın qaynaqla kəsildiyi bildirilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.

1news.az

Paylaş:
1051

Son xəbərlər

Bütün xəbərlər