Röyadan verilişə içkili çıxması xəbərinə - CAVAB | 1news.az | Xəbərlər
Mədəniyyət

Röyadan verilişə içkili çıxması xəbərinə - CAVAB

18:52 - 23 / 09 / 2016
Röyadan verilişə içkili çıxması xəbərinə - CAVAB

Dünən “Xəzər” kanalında “Nəsib olsa” verilişində qəribə hərəkətlərlə gündəmə gələn Röya, bu hərəkətlərinə aydınlıq gətirib.

1news.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı bunun bir şou və əvvəlcədən planlaşdırdığı obraz olduğunu deyib:

“Getdiyin yerə və geydiyin stilə hərdən obraz vermək lazımdır. Məsələn, dünənki obraz sərxoş və tək qadın obrazı idi. Merilin Monro adını qoysaq, yerinə düşər.  Biz bunu bacardıq deyəsən, uşaqlar”.

Qeyd edək ki, Röya proqramda tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub.

Röyanın bu addımı birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun efirə içkili çıxdığını iddia edib.

1news.az

Paylaş:
1189

Son xəbərlər

Bütün xəbərlər