Elmar Məmmədyarov: “ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir”

20:15 - 23 / 09 / 2016
Elmar Məmmədyarov: “ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxış edib.

1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir çıxışı zamanı Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin regional əməkdaşlığa töhfə verdiyini bildirib:

“Trans-Xəzər Beynəlxalq Marşrutunun yaradılması və gələn il istifadəyə verilməsi gözlənilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır. Biz fəal şəkildə Beynəlxalq Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat Dəhlizinin həyata keçirilməsində iştirak edirik. Əminik ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yol layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək. Biz son meylləri və ECO regional elektrik enerjisi bazarının yaradılması üzrə inkişafı yaxından müşahidə edirik”.

Nazir qeyd edib ki, Azərbaycan özünün əməli fəaliyyəti ilə ECO-nun məqsəd və hədəflərinə töhfə verməkdə davam edir. Onun sözlərinə görə, Azərbaycan regional xarakter daşıyan iqtisadi layihələrin uğurla həyata keçirilməsi üçün regional səviyyəli faydalı layihələrin, habelə BMT-nin ixtisaslaşmış qurumları və beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlığın həyata keçirilməsinin təşviq edilməsini məqsədəuyğun hesab edir:

“Hazırlanmaq mərhələsində olan yeni ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahatlar prosesi ECO daxilində hazırkı institutlar və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşımalıdır. Azərbaycan ECO-nun daha da inkişafı naminə fəaliyyətlərin hazırlanması imkanları ilə təmin edə biləcək birgə səylərlə müşayiət olunan islahatlar prosesini dəstəkləyir”, - deyə o vurğulayıb.

1news.az

Paylaş:
565

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər