Dağlıq ərazilərə sulu qar yağıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq ərazilərə sulu qar yağıb

12:24 - 24 / 09 / 2016
Dağlıq ərazilərə sulu qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 23-ü gündüzdən 24-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

1news.az nazirliyə istinadən xəbər verir k, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə sulu qar yağıb, Tərtərə dolu düşüb.

Şimal-qərb küləyi əsib, arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-3, Böyük Qafqazda 5-64, Mərkəzi Aran rayonlarında 3-35, Lənkəran-Astara zonasında 8-37, Kiçik Qafqazda 12-23, Qazax-Gəncə zonasında 1-14, Naxçıvan Muxtar Respublikasında 1-5 millimetr təşkil edib.

1news.az

Paylaş:
680

Son xəbərlər

Bütün xəbərlər