Əli Həsənov: “Konstitusiyaya dəyişikliklər ictimai stabillik üçün əlavə zəmanətlərin yaradılmasını özündə ehtiva edir” | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Konstitusiyaya dəyişikliklər ictimai stabillik üçün əlavə zəmanətlərin yaradılmasını özündə ehtiva edir”

12:47 - 24 / 09 / 2016
Əli Həsənov: “Konstitusiyaya dəyişikliklər ictimai stabillik üçün əlavə zəmanətlərin yaradılmasını özündə ehtiva edir”

“Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi zərurəti son 7 il ərzində ölkənin ictimai-siyasi, ictimai-iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklər, eləcə də region və dünyada baş verən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb”.

1news.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

O xatırladıb ki, Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 və 2009-cu illərdə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendumlar keçirilib:

“Prezident tərəfindən təklif olunan Referendum Aktında Konstitusiyanın 23-cü maddəsinə dəyişikliklərin edilməsi və 6 yeni maddələrin əlavə olunması nəzərdə tutulub. Dəyişikliklik və əlavələr insan hüquq və azadlıqlarınının müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv dövlət idarəetmə mexanizminin formalaşmasını, aparılan iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyənləşdirilməsi, dövlət təhlükəsizliyi və ictimai stabillik üçün əlavə zəmanətlərin yaradılmasını özündə ehtiva edir. Ümumilikdə dəyişikliklər cəmiyyətin müasir inkişaf mərhələsindəki əsas fəaliyyət sahəsini əhatə edir” - deyə Əli Həsənov vurğulayıb.

Onun sözlərinə görə, dəyişikliklər Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılmasını nəzərdə tutur:

“Yeni idarəetmə institutu müasir çağırışlara prezident idarəetmə formasının adekvatlığını təmin edəcək və forsmajor vəziyyətlərdə dövlət idarəetmə mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Dəyişikliklər ölkədə indi uğurla həyata keçirilən iqtisadi islahatların əhatə sahəsini genişləndirməyə xidmət edir. Yeni institutun formalaşması ilə həmçinin Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra olunması mexanizmi də dəqiqləşir və dövlət idarəetməsi mümkün risklərdən sığorta olunur”.

1news.az

Paylaş:
632

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər