Azərbaycanda ümumxalq səsverməsi keçirilir – FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda ümumxalq səsverməsi keçirilir – FOTOREPORTAJ

13:58 - 26 / 09 / 2016
Azərbaycanda ümumxalq səsverməsi keçirilir – FOTOREPORTAJ

Məlum olduğu kimi, bu gün səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində ümumxalq səsverməsi (referendum) başlayıb.

1news.az-ın məlumatına görə, referendum 125 seçki dairəsi, 5627 seçki məntəqəsi üzrə keçirilir. Seçki məntəqələrindən 5415-i daimi, 212-si müvəqqəti əsaslarla yaradılıb. Ölkə üzrə seçici siyahılarında qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111-dir ki, bunların 52 mindən çoxu seçkilərdə (referendumda) ilk dəfə iştirak edir, 454-nün yaşı 100-dən yuxarıdır. Həmçinin 111 seçici məhz səsvermə günü – sentyabrın 26-da səsvermə hüququ qazanıb.

Referendumu izləmək üçün Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 118 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, bunlar da 33 ölkənin vətəndaşlarıdır.

Müşahidə prosesinə, həmçinin öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb.

Səsvermə saat 19.00-da başa çatacaq.

1news.az

 

Paylaş:
662

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər