“Konstitusiyaya dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək” – Oqtay Əsədov | 1news.az | Xəbərlər
Siyasət

“Konstitusiyaya dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək” – Oqtay Əsədov

15:20 - 26 / 09 / 2016
“Konstitusiyaya dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək” – Oqtay Əsədov

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Reişarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Spiker referendum haqqında danışaraq bildirib ki, bu siyasi tədbir ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlıdır.

O qeyd edib ki, bu dəyişikliklər cəmiyyət həyatında baş verən dinamik proseslərə uyğun olaraq həyata keçirilir:

“Başqa sözlə, ictimai-siyasi həyatdakı dəyişikliklərin siyasi müstəvidə də öz əksini tapması artıq günün tələbinə çevrilib. Dəyişikliklərə əsasən, çevik idarəetmə mexanizmi yaratmaq üçün vitse-prezidentlik institutunun təsis edilməsi nəzərdə tutulub. Biz belə hesab edirik ki, ölkənin əsas sənədinə edilən dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün möhkəm zəmin yaradacaq”.

Spiker əlavə edib ki, referendumla əlaqədar ölkə ərazisindəki seçki məntəqələrində prosesin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, informasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunub.

A. Reişar isə Fransa Senatında dostluq qrupunun rəhbəri kimi Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında həmişə maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan müşahidələr referendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur:

“Biz Azərbaycanın uğurları ilə yanaşı, problemlərini də yaxşı bilirik. Bu baxımdan, qaçqınlar məsələsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük diqqət yetiririk. Budəfəki gəlişimizdə də qaçqınların ümumxalq səsverməsi prosesində iştirakı ilə yaxından maraqlanmışıq. İnanırıq ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkədə demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edəcək”.

Görüşdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Fransa parlamentinin senatoru Natali Qule və digər rəsmi şəxslər iştirak ediblər.

1news.az

Paylaş:
581

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər