TürkPA-nın baş katibi: Azərbaycan xalqı referenduma şüurlu yanaşır | 1news.az | Xəbərlər
Siyasət

TürkPA-nın baş katibi: Azərbaycan xalqı referenduma şüurlu yanaşır

15:45 - 26 / 09 / 2016
TürkPA-nın baş katibi: Azərbaycan xalqı referenduma şüurlu yanaşır

Azərbaycan xalqı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır.

1news.az-ın Trend-ə istinadən verdiyi məlumatına əsasən, bunu Bakıda referendumun gedişini izləyən TürkPA-nın baş katibi Jandos Asanov deyib.

Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilir.

J.Asanov qeyd edib ki, TürkPA-nın müşahidə missiyası axşam saatlarında səsvermənin hesablanması prosesini müşahidə edəcək və o zaman seçicilərin aktivliyi barədə yekun nəticə vermək mümkün olacaq.

1news.az

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər