ATƏT PA-nın eks vitse-prezidenti: “Referendum problemsiz keçir” | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA-nın eks vitse-prezidenti: “Referendum problemsiz keçir”

17:48 - 26 / 09 / 2016
ATƏT PA-nın eks vitse-prezidenti: “Referendum problemsiz keçir”

“Biz Azərbaycanda referendumun keçirilməsi prosedurunda çatışmazlıq görmədik”.

1news.az xəbər verir ki, bunu Trend-ə avstriyalı müşahidəçi, ATƏT PA-nın eks vitse-prezidenti Volfqanq Qrossruk deyib.

V.Qrossruk qeyd edib ki, bəzi seçki məntəqələrində çoxlu insan var idi:

“Hər hansı seçki məntəqəsində heç bir problem görmədik”.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

1news.az

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər