Milli Məclisin sədri Oqtay Əsədov 22 saylı seçki məntəqəsində səs verib – FOTO
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin (referendum) başlandığı səhər saatlarından 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.
Qeyd edək ki, məntəqədə 1203 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.
1news.az
698