Bu gün Beynəlxalq Lal-karlar Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Beynəlxalq Lal-karlar Günüdür

10:17 - 27 / 09 / 2016
Bu gün Beynəlxalq Lal-karlar Günüdür

Beynəlxalq Lal-karlar Günü 1951-ci ildə Beynəlxalq Lal-karlar Federasiyasının yaranması şərəfinə təsis olunub.

1news.az xəbər verir ki, statistikaya əsasən hər doqquz nəfərdən biri eşitmə qabiliyyətindən məhrumdur.

Onlar bu qabiliyyəti travma, xəstəlik və ya anadangəlmə itirirlər.

Qeyd edək ki, yer kürəsində 2500 dil var, lakin bundan əlavə alimləri maraqlandıran bir dil – jestlər dili də mövcuddur. Karlar Federasiyası 50-ci illərdə karların beynəlxalq tədbirlərinə xidmət etmək üçün jestlər sistemini yaradıb.

1news.az

Paylaş:
3685

Son xəbərlər

Bütün xəbərlər