Məhkum qadın həbsxanada uşaq dünyaya gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkum qadın həbsxanada uşaq dünyaya gətirib

16:29 - 28 / 09 / 2016
Məhkum qadın həbsxanada uşaq dünyaya gətirib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E. Cəfərova iki il öncə həbs edilərkən hamilə olduğunu bildirib.

O, həbsxanada uşaq dünyaya gətirdiyini və uşağa baxmaq üçün barəsində olan cinayətinə xitam verilməsini istəyib:

“Qızım 1 yaş 8 aylıqdır. Sizdən xahiş edirəm ki, vəziyyətimi nəzərə alaraq, körpənin qayğısına qalmaq üçün məni həbsdən azad edəsiniz”.

Məhkəmə baxışı sentyabrın 30-na təyin edilib.

Xatırladaq ki, E. Cəfərova 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

1news.az

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər