Elmar Məmmədyarov Cibutinin müdafiə naziri qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Elmar Məmmədyarov Cibutinin hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbul edilməsində rolunu və bu münaqişənin həllində tutduğu ədalətli və birmənalı mövqeyinin yüksək qiymətləndirildiyini vurğuladı.
Əli Həsən Bahdon "ADEX 2016" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycandan olan tərəf müqabilləri ilə praktiki əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiyini nəzərə çatdırdı.
Görüşdə Azərbaycan və Cibuti arasında iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğu vurğulandı.
1news.az