Azay Quliyev ATƏT PA-nın sessiyasına sədrlik edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev ATƏT PA-nın sessiyasına sədrlik edəcək

20:00 - 28 / 09 / 2016
Azay Quliyev ATƏT PA-nın sessiyasına sədrlik edəcək

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər.

1news.az-ın verdiyi xəbərə görə, sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev sessiyanın “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” adlı toplantısına sədrlik edəcək. Konfransda “Cənub-Şərqi Avropada demokratik institutların və insan haqlarının inkişaf etdirilməsi: bu fəaliyyətdə ATƏT-in rolu” və “Beynəlxalq miqrasiyanın idarə edilməsi əsasında insan haqlarının inkişafı” mövzularında da müzakirələr aparılacaq. Sessiya ərzində, həmçinin, Aralıq dənizi Forumu keçiriləcək. Forum iştirakçıları bir sıra aktual məsələlərlə bağlı fikirlərini bölüşəcəklər. Deputatlarımız qeyd olunan toplantılarda fəal iştirak edərək müzakirəyə çıxarılan məsələlərlə bağlı rəy və təkliflərini bildirəcəklər.

Səfər zamanı millət vəkili Azay Quliyev ATƏT PA-nın daimi komitəsinin iclasında da  iştirak edəcək. Yığıncaqda beynəlxalq katibliyin daxili islahatlar vasitəsi ilə gücləndirilməsi, beynəlxalq katiblik tərəfindən üzvlərin dəstəklənməsi, digər tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri və gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 3-də başa çatacaq.

1news.az

Paylaş:
538

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər