Ata oğlunu bıçaqladı, sərbəst buraxıldı – Xaçmazda cinayət | 1news.az | Xəbərlər
Cəmiyyət

Ata oğlunu bıçaqladı, sərbəst buraxıldı – Xaçmazda cinayət

11:02 - 28 / 09 / 2016
Ata oğlunu bıçaqladı, sərbəst buraxıldı – Xaçmazda cinayət

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, rayon sakini Əzizov Şirinbala doğma oğlu Əzizov Nizamini bıçaqlayıb.

Rayon polis şöbəsindən verilən məlumata görə, baş verən ailə münaqişəsi zamanı ata oğluna 5 bıçaq zərbəsi endirib.

Yaralı vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Əzizovun həyatını xilas etmək mümkün olub. N.Əzizov hazırda xəstəxanada həkim nəzarətində saxlanılır.

Hadisəni törədən Ş.Əzizovun ifadəsi alınsa da, saxlanılmayıb. Oğlunu bıçaqlayan ata ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Hazırda Xaçmaz rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər