Mübariz Əhmədoğlu: Ermənistan “İsgəndər”ə sahiblik etmək imkanında deyil | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan “İsgəndər”ə sahiblik etmək imkanında deyil

11:10 - 28 / 09 / 2016
Mübariz Əhmədoğlu: Ermənistan “İsgəndər”ə sahiblik etmək imkanında deyil

Erməni oliqarxlarının aprel müharibəsindən sonra topladığı vəsaitin hesabına Rusiyadan alınmış “İsgəndər” raketləri Ermənistanda böyük ajiotaj yaradıb. Ermənistan cəmiyyəti, o cümlədən rəsmiləri belə təsəvvür edirlər ki, artıq ölümsüz bir vəziyyət yaranıb.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq  Mübariz Əhmədoğlu Ermənistanın Rusiyadan aldığı “İsgəndər” raketləri ilə bağlı xəbəri şərh edərkən deyib:

“Ermənistan Azərbaycana qarşı istənilən addımı ata biləcək. Azərbaycanın Ermənistana qarşı geniş miqyaslı müharibə etmək imkanı yoxdur. Əvvəla, Ermənistanda belə şərhlər bütövlükdə cəmiyyətin, əhalinin Azərbaycana qarşı hansı əhval-ruhiyyəyə kökləndiyini göstərir. və İkincisi, bəlli olur ki, məhz Ermənistana konfliktogen parametrlər lazımdır”.

Politoloq qeyd edib ki, reallıqda Ermənistan “İsgəndər”-i idarə etmək, qorumaq, saxlamaq başqa sözlə, ona sahiblik etmək imkanında deyil:

“ABŞ istənilən anda Ermənistandakı “İsgəndər” raketlərinin sxemini öyrənə bilər. S.Sərkisyanın rəhbərlik etdiyi Ermənistan ABŞ-ın heç bir əmrindən çıxa bilməz. S.Sərkisyanın bütün var-dövləti ABŞ-ın ipoteka fondundadır. Kapitalına təhlükə yaranan kimi S.Sərkisyan ABŞ mütəxəssislərini “İsgəndər”-in quruluşunun öyrənilməsinə buraxacaq. Yaxınlarda Rusiya vətəndaşı Ermənistanda heç bir əsas olmadan ABŞ-ın diktəsi ilə həbs olundu.

“İsgəndər”in yerləşdiyi ərazi hərbi provokasiya baxımından aktual olacaqdır. Hamı çalışır ki, ən azı bir dənə “İsgəndər”in buraxılmasını yaxından izləsin. Xüsusən NATO bunda çox maraqlıdır. “İsgəndər” hələlik yalnız Rusiyanın ərazisində yerləşə bilər və yalnız Rusiya bu raketlərinin müdafiəsini təmin edə bilər.

Rusiya Ermənistan ərazisində “İsgəndər” yerləşdirirsə və Suriya məsələsində Ermənistan Rusiyaya əməkdaşlıq təklif  edirsə, ki, gələcəkdə Ermənistanın ərazisindən “İsgəndər”in Suriyaya atılma ehtimalı yarana bilər. Bu da Ermənistanın ABŞ-la münasibətlərində gərginlik yaradacaqdır”.

M.Əhmədoğlu bildirib ki, “İsgəndər”in Ermənistan ərazisində yerləşdirilməsi Dağliq Qarabağ müharibəsini daha dağıdıcı edə bilər.

“Bu müharibəyə əlavə qüvvələr cəlb oluna bilər. Əlavə dövlətlər cəlb olunacağı təqdirdə müharibə şəksiz Rusiyanın ərazisinə keçəcəkdir. Rusiya isə zərrə qədər bunda maraqlı deyil. “İsgəndər”in Ermənistanda yerləşdirilməsi təkcə Azərbaycan üçün təhlükə deyil. Türkiyə, İran və Gürcüstan tərəfindən təhlükə kimi qəbul ediləcəkdir. Bu isə Ermənistan üçün əlavə iqtisadi və kommunikativ xarakterli problemlər yarada bilər.

Rusiyanın artıq “İsgəndər”i Ermənistandan apardığı barədə artıq sosial şəbəkədə yayılan xəbərə daha ciddi diqqət verməyin vaxtıdır. O da nəzərə alınmalıdır ki, “İsgəndər” güclü dağıdıcı silah  deyil, dəqiq vuran silahdır.

Azərbaycanın özünü müdafiə etmək üçün  kifayət qədər imkanları var. S-300 ZRK-ları olan dövlətlər üçün “İsgəndər” o qədər də qorxulu deyil.  S-300 ZRK “İsgəndər”in mürəkkəb trayektoriyası bitdikdən sonra düz trayektoriya ilə hərəkət etdiyi vaxtda, yəni hədəfə 50 km qalana qədər onu müəyyən edir. Azərbaycan ən müasir hərbi texnologiyalara malik olan dövlətlərlə əməkdaşlığa üstünlük verməklə problemin həllinə nail ola bilər”.

1news.az

Paylaş:
785

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər