Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin SQ Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin SQ Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

12:09 - 28 / 09 / 2016
Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin SQ Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb.

Müdafiə nazirliyindən 1news.az-a verilən məlumata əsasən, general-polkovnik N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Səfər sentyabrın 30-dək davam edəcək.

1news.az

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər