“Avstraliya təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır” - Senator | 1news.az | Xəbərlər
Siyasət

“Avstraliya təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır” - Senator

12:52 - 28 / 09 / 2016
“Avstraliya təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır” - Senator

Xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, Senator Kristof Conun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən 1news.az-a verilən məlumata görə, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycanla Avstraliya arasında siyasi və diplomatik münasibətlərin mövcudluğunu, əlaqələrdə pozitiv inkişafın və xeyli irəliləyişin əldə edildiyini və əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

X. Xələfov siyasi dialoqun, eləcə də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. O, iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və turizm sahəsində Avstraliya şirkətlərinin ölkəmizdə iştirakının arzu edilən olduğunu da deyib.

Nazir müavini iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, eləcə də investisiyaların təşviqi və ikiqat vergidən azad olunmaya dair sazişlərin imzalanmasının hər iki ölkə şirkətlərini daha da həvəsləndirəcəyini bildirib.

Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son danışıqlar barədə məlumat verən X.Xələfov, münaqişənin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğuladı və münaqişənin həll olunmamasının əsas səbəbi kimi Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və öz hərbi qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmamasını göstərib. O, Ermənistanın aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılaşmalara əməl etmədiyini, beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Senator Kristof Con iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çoxsaylı sahələr üzrə geniş potensialın mövcud olduğunu, kənd təsərrüfatı, xüsusən meyvəçilik və tərəvəzçilik sahəsində əməkdaşlıq imkanlarını xüsusi vurğulayıb. O, təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Kristof Con Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirib və bu sahədə əlaqələrin genişləndirilməsini təqdir edib. Ermənistan-Azərbaycan münaqişəsinə dair ətraflı məlumata görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Azərbaycanın münaqişənin sülh yolu ilə həllində səylərinin Avstraliya tərəfindən dəstəkləndiyini bəyan etdi.

1news.az

Paylaş:
501

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər