MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri referendumun şəffaflığını və legitimliyini tanıyıblar | 1news.az | Xəbərlər
Siyasət

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri referendumun şəffaflığını və legitimliyini tanıyıblar

13:35 - 29 / 09 / 2016
MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri referendumun şəffaflığını və legitimliyini tanıyıblar

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının (PA) müşahidəçilər missiyası Azərbaycanda referendumun şəffaflığını və legitimliyini tanıyıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrın 28-də Minskdə jurnalistlərə MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev məlumat verib.

Sergey Lebedevin sözlərinə görə, MDB PA müşahidəçilərinin Azərbaycanda fəaliyyəti başa çatıb və onlar referendumun legitimliyini və şəffaflığını tanıyıblar.

Sergey Lebedev deyib: “Referendumun nəticələri, referenduma çıxarılan təkliflərə səs verənlərin faizinin çox olması təsdiq edir ki, xalq Azərbaycanın ictimai-siyasi strukturuna edilən bu dəyişiklikləri dəstəkləyir. MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyası referendumun gedişini izləyib və MDB PA-dakı həmkarlarımızın mənə verdikləri məlumata görə, onlar referendumun legitim, şəffaf, demokratik olduğunu, Azərbaycan xalqının iradəsini əks etdirdiyini tanıyıblar.

1news.az

 

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər