Radio Space 104 FM bağlanıb?
Radionun bağlanması haqda xəbər həqiqəti əks etdirmir.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda 104 FM-də yayımlanan “Yanar Saat” verilişinin aparıcısı Anar deyib.
“Bizim 16:00-da efirə gedəcək proqramımıza baxın. Biz bağlanmamışıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, bəzi yerli KİV-lərdə radiokanalın fəaliyyətinin dayandırılması haqda xəbər yayılıb.
Xəbərə əsasən, bu barədə məlumat Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (“Teleradio” İB) daxil olub.
“Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var. Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, borc hələ də ödənilməyib”, - məlumatda deyilir.
1news.az