Ukraynanın baş prokuroru Zakir Qaralova zəng edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynanın baş prokuroru Zakir Qaralova zəng edib

16:37 - 29 / 09 / 2016
Ukraynanın baş prokuroru Zakir Qaralova zəng edib

Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkəsində azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələri ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq Azərbaycanın baş prokuroru Zakir Qaralova zəng edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, telefon danışığı zamanı baş prokurorlar bu sahədə atılacaq birgə addımları müzakirə ediblər.

Ukraynanın baş prokuroru azərbaycanlı həmkarına söz verib ki, qısa müddət ərzində zərərçəkənlərin yaxınlarını, azərbaycanlı icma rəhbərlərini qəbul edəcək.

Səfirlikdən Ukraynada azərbaycanlıların oğurlanmaları və hücuma məruz qalmalarına etiraz olaraq sentyabrın 14-də bu ölkənin Daxili İşlər Nazirliyi (DİN) qarşısında keçirilən aksiyadan sonra Ukraynada azərbaycanlıların oğurlanması faktının qeydə alınmadığı bildirilib:

“Avqust ayında bir nəfər oğurlanmışdı ki, o da sonra sərbəst buraxılıb. Bundan başqa, hələlik azərbaycanlıların oğurlanması halı qeydə alınmayıb”.

Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülmməmədov isə APA-ya bildirib ki, daxili işlər naziri Arsen Avakov DİN qarşısında etiraz aksiyası keçirən azərbaycanlıların tələblərinə hələ də reaksiya verməyib. Aksiya iştirakçılarına yaxın iki gündə rəhbərlik tərəfindən qəbul ediləcəkləri bildirilsə də, heç kim onları qəbul etməyib.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.

Mövzu ilə əlaqədar oxuyun:       

Azərbaycanlılar Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası keçiriblər – FOTO

Zakir Qaralov azərbaycanlılara qarşı cinayətlərlə əlaqədar Ukraynanın baş prokuroruna müraciət edib

1news.az

Paylaş:
546

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər