Bakıda meyvə-tərəvəz satışı mağazasında yanğın olub
Bakıda yerləşən meyvə-tərəvəz satışı mağazalarının birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan meyvə-tərəvəz satışı mağazasında 1 ədəd kondisioner yanıb.
Mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az
650