Ən çox yağıntı Bakıya düşüb, Şahdağda qarın hündürlüyü 1 sm-ə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən çox yağıntı Bakıya düşüb, Şahdağda qarın hündürlüyü 1 sm-ə çatıb

11:02 - 29 / 09 / 2016
Ən çox yağıntı Bakıya düşüb, Şahdağda qarın hündürlüyü 1 sm-ə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

1news.az

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər