Azərbaycanda kreditlərin xarici valyutada verilməsi qadağan edilə bilər
Azərbaycan bankları manipulyasiya ilə məşğul olaraq vətəndaşarı aldadır.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda cümə günü Milli Məclisdə keçirilən iclas zamanı deputat Əli Məsimli bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən ölkənin yeganə pul ödəniş vasitəsi – manatdır:
“Nə üçün vətəndaşlar mebel və ya başqa istehlak malları alarkən krediti dollarla götürməlidir?”
Deputat xatırladıb ki, devalvasiyadan sonra dollarla kredit götürmüş vətəndaşlar ciddi problemlərlə qarşılaşdı. Belə çıxdı ki, onlar ömürlərinin sonuna qədər banka borclu olacaqlar.
“Bu məsələ dəfələrlə qaldırlıb, lakin öz həllini tapmayıb”.
Deputat bankların xarici valyutada kredit verilməsinə qadağan edilməsilə bağlı qanun qəbul edilməsini təklif edib.
1news.az