“Smart” tipli sayğac koda düşdükdə nə etməli? | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Smart” tipli sayğac koda düşdükdə nə etməli?

23:02 - 30 / 09 / 2016
“Smart” tipli sayğac koda düşdükdə nə etməli?

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin mənzillərində quraşdırılan yeni “smart” tipli sayğacların əsas xüsusiyyəti istehlakçıların qazla təminatını öncədən ödəniş etməklə həyata keçirmək və eyni zamanda təbii qazdan təhlükəsiz istifadə olunmasını təmin etməkdir.

1news.az xəbər verir ki, bu barədə  SOCAR-ın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bir çox hallarda istehlakçılar təbii qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına düzgün riayət etmir, bu zaman sayğacın klapanı bağlanır, sayğac koda düşür və avtomatik olaraq təbii qazın verilişi dayanır.

“Azəriqaz” İB bildirir ki, proqram təminatında aparılmış müvafiq işlər nəticəsində “smart” tipli qaz sayğacları koda düşdükdə abonent kartları vasitəsi ilə onları işə salmaq mümkündür. Artıq abonentlər öz kartları ilə “ALARM 3”, “ALARM 5” və “FO-44” koda düşmələrini aradan qaldıra bilərlər.

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər:

1. “Smart” tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür. İki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN məbləğində vəsait ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cihazları təhlükəsizlik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra sayğac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur və sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ abonentin balansına əlavə olunur.

1news.az

 

Paylaş:
795

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər