İŞİD İraqdakı neft quyularına nəzarəti itirib
İŞİD terrorçu qruplaşması İraqda nəzarətdə saxladığı son neft quyularını da itirib.
1news.az lent.az-a istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İŞİD-in Kərkük yaxınlığındakı bölgələrdən kənarlaşdırılmasından sonra ölkədəki bütün neft quyuları terrorçu qruplaşmanın nəzarətindən çıxıb.
İŞİD-in İraqdakı neft gəlirlərini itirməsi ilə başqa maliyyə mənbələri tapmaq məcburiyyətində qalacağı bildirilir.
1news.az
1017