İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb | 1news.az | Xəbərlər
Dünya

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

1news Redaksiyası13:47 - Bu gün
İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar.

1news.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib.

İnsident oktyabrın 30-u ölkənin şimalında baş verib.

İordaniya Silahlı Qüvvələri Baş Komandanlığındakı mənbənin məlumatına görə, silahlı qrup intensiv atəş altında sərhədi keçməyə cəhd edib və sərhədçilərlə toqquşmaya girib.

Atışma nəticəsində sərhəd pozucuları arasında ölənlər və yaralananlar var, qrupun qalan üzvləri qaçaraq Suriya ərazisində gizləniblər.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər