Zelenski Türkiyəyə səfər edib | 1news.az | Xəbərlər
Dünya

Zelenski Türkiyəyə səfər edib

1news Redaksiyası17:25 - Bu gün
Zelenski Türkiyəyə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.

1news.az xəbər verir ki, Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb.

Zelenskinin təyyarəsi İstanbula enib.

O, paylaşımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını bildirib.

 

Ukrayna lideri Türkiyə ilə ikitərəfli tərəfdaşlığı, perspektivləri, Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələləri müzakirə edəcəklərini açıqlayıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər