Acundan “Survivor 2017” sürprizi
![Acundan “Survivor 2017” sürprizi](/images/articles/2016/10/02/thumb_20161002052418013.jpg?2021-02-17+09%3A23%3A32)
“Survivor” yarışmalarının aparıcısı Acun Ilıcalı verilişlə bağlı yeniliklər edib.
1news.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı növbəti mövsümdə Dominikan adasında “Survivor Türkiyə” ilə eyni vaxtda “Survivor Yunanıstan” yarışmasının da çəkiləcəyini açıqlayıb:
“Günortaya qədər “Survivor Türkiyə” çəkiləcək, günortadan sonra isə yunanlıların yarışlarını izləyəcəyik”.
Acun “Survivor Türkiyə”nin yeni mövsümündə sürpriz iştirakçıların olacağını da bildirib:
“Onların arasında 3 nəfər xüsusilə çox maraqlı simadır. Amma adlarını açıqlamağa hələ vaxt var. Bir-bir elan edəcəyik”.
Qeyd edək ki, “Survivor Türkiyə 2016”da Atakan qalib olmuşdu.
1news.az
451