SOCAR sentyabrda 78,2 min ton dizel yanacağı ixrac edib
SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin sentyabr ayında 78 min 247 ton dizel yanacağı, 21 min 876 ton təyyarə yanacağı, 4 min 86 ton yüksək təzyiqli polietilen, 96 ton mütləqləşdirilmiş izopropil spirti, 1147 ton propilen və 844 ton butilen butadien fraksiyası ixrac edib.
1news.az-ın SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvar-sentyabr ayları ərzində 508 min 996 ton dizel yanacağı, 165 min 347 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 61 min 102 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 45 min 195 ton maye piroliz qətranı, 30 min 610 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac olunub.
Sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 478,97 ABŞ dollar, təyyarə yanacağının - 430,67 dollar, dizel yanacağının - 409,84 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 255,20 dollar, yüksək təzyiqli polietilen 1168,50 dollar, butilen butadien fraksiyası 459,29 dollar, maye piroliz qətranının - 478,97 dollar, propilen 697 avro, mütləqləşdirilmiş izopropil spirti 897,50 avro təşkil edib.
1news.az