Kapital Bank müəllimlərə 5% güzəştlə kredit kampaniyası təqdim edir – FOTO
Kapital Bank 5 oktyabr – Müəllimlər Günü münasibətilə 3-7 oktyabr tarixlərində müəllimlərə yeni güzəştli kredit kampaniyasına başlayıb. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən müəllimlərə illik faiz dərəcəsində 5% endirim təqdim edilir.
Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.