Azercell-də “Hədsiz” rominq endirimləri! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-də “Hədsiz” rominq endirimləri!

17:11 - 04 / 10 / 2016
Azercell-də “Hədsiz” rominq endirimləri!

Ölkənin lider mobil operatoru Azercell Telekom “Hədsiz” tarif paketi çərçivəsində abunəçiləri üçün sərfəli endirimlər təqdim edir.

Belə ki, 4 oktyabrdan etibarən “Hədsiz” tarif planının abunəçiləri Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rominqdə olarkən 15% edirimdən yararlana biləcəklər. Tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1.30 AZN, hər 1MB mobil internet uçün isə cəmi 3 AZN ödəyəcəklər. Azercell-in bu sərfəli enidirmi rominqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.

Xatırladaq ki, Azercell 2014-cü ildən etibarən Fakturalı Xətt abunəçiləri üçün “Hədsiz” tarif paketini istifadəyə verib. Azercell abunəçilərinə təqdim olunan “Hədsiz” tarif paketinə qoşulmaqla müştərilər aylıq 49.90 AZN abunə haqqı müqabilində inanılmaz endirimli xidmətlərdən yararlana bilir. Bu endirimlərə aşağıdakılar daxildir:

  • 3000 dəqiqə şəbəkədaxili zənglər
  • 500 dəqiqə şəbəkəxarici zənglər
  • 50 dəqiqə beynəlxalq zənglər
  • 2000 ölkədaxili və beynəlxalq SMS
  • 5 GB həcmində mobil internet

Bu tarifə qoşulmaq üçün fakturalı xətt abunəçilərinin, sadəcə olaraq, “Hedsiz” sözünü yazıb 650-yə göndərmələri kifayət edir.

Azercell bundan sonra da abunəçilərini endirimli tarif paketləri, yeni və sərfəli xidmətlərlə sevindirməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.         

Azercell Telekom MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s.

Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil edib. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim edib.

Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

 

Paylaş:
1004

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər