Bakıda daha bir yolun tikintisi başa çatır - VİDEO - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda daha bir yolun tikintisi başa çatır - VİDEO - FOTO

11:22 - 05 / 10 / 2016
Bakıda daha bir yolun tikintisi başa çatır - VİDEO - FOTO

21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci 7 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.

1news.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılır.

I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 km-lik 3 gediş,3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3.75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11.5 metrdir. Yolun ümumi eni 34 metr, ayrıcı zolağın eni təhlükəsizlik zolaqları ilə birgə 4 metr, çiyinlərin hər birinin eni isə 0.75 metr bərkidici zolaqlarla birgə 3.75 metrdir. Zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün 1.5-2 metr enində piyada səkiləri də inşa edilib.

Tikinti layihəsinə uyğun olaraq yol geyiminin hamarlayıcı qatının qalınlığı 30 sm, qırmadaşlı əsas layın qalınlığı isə 27 sm-dir. Bundan başqa bitumlu əsas lay 15 sm, əlaqələndirici qat 8 sm, aşınma qat da 4 sm olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 sm-dir.

Layihə çərçivəsində yol boyu müasir işıqlandırma sistemi qurulacaq, zəruri yol nişanları quraşdırılacaq, yolciqgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Xatıqladaq ki, layihə üzrə 2014-cü ildə Qala-Pirallahı avtomobil yolunun tikintisi işləri Pirallahı istiqamətində aparılmışdı. Bu yolda tikinti işləri 7-ci km-lik hissədən başlanmış və 21,6-cı km-lik hissədə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib istifadəsinə verilmişdir.

1news.az

Paylaş:
662

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər