PKK SOCAR-ın Türkiyədəki ofisində terakt planlaşdırırmış – FOTO | 1news.az | Xəbərlər
Dünya

PKK SOCAR-ın Türkiyədəki ofisində terakt planlaşdırırmış – FOTO

16:07 - 06 / 10 / 2016
PKK SOCAR-ın Türkiyədəki ofisində terakt planlaşdırırmış – FOTO

PKK terror təşkilatı Petkim şirkətinin İzmir şəhərinin Aliağa rayonunda yerləşən ofisində terror aktı həyata keçirməyi planlaşdırırmış.

1news.az-ın İhlas-a istinadən verdiyi məlumatına əsasən, bu haqda İzmir polisi tərəfindən saxlanılan 3 terrorçudan biri Mehmet D. deyib.

Keçmiş tələb olan 23 yaşlı Mehmet D. Soruşdurma zamanı Kahramanmaraşda universitetdə oxuyarkən HDP-nin (kürd yönümlü Xalq demokratik partiyası) iclaslarına getdyini bildirib.

“Müəyyən zaman keçdikdən sonra mənə dedilər: “Polis səni saxlayacaq, dağlara qalx”. Mən qorxdum və dağlarda gizlənmək qərarı aldım. Orada məni bomba düzəltməyə öyrətdilər. Mən Şimali İraqda olmuşam. Bir həftə əvvəl gizli yollar ilə Türkiyəyə gəlmişəm. Avtobusla İzmirə gəldim. Sonra kəşfiyyat üçün AK Partiyasının binlarına, ticarət mərkəzlərinin yanına gəlirdik. Mənə göstərilən insanlarla əlaqə saxladım. Bu zaman polis əməliyyat keçirdi. Ömer D.-ni saxladılar, Ahmet D. və mən qaça bildik. Şəxsiyyətimin artıq müəyyən edildiyini bilmirdim, və qardaşım gildə gizləndirdim. Məni orada saxladılar”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, polisinin diqqətini çəkməmək üçün terror təşkilatı öz çirkli əməllərində, heç bir cinayətə bulaşmayan, tələbələri istifadə edir.

“Ona görə bizə saxta pasport vermirdilər. “İşə”, adətən, şəhərdə qohumları olanları göndərirdilər ki, saxlanılanda tələbə olduğumuzu və qohumlarımız gilə gəldiyimizi deyə bilək.

Mən Aliağa rayonunda yerləşən Petkim Rafinerisinə kəşfiyyata getməyi planlaşdırırdım. Lakin uzaq olduğu üçün bunu edə bilmədim. Təşkilat bizə terror aktlarını polislərə, hərbçilərə qarşı, həmçinin iqtisadiyyata zərər yetirmək üçün iqtisadi obyektlərə həyata keçirməyi əmr etmişdi”, - deyə saxlanılan terrorçu etiraf edib.

1news.az

Paylaş:
1987

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər