“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan” müsabiqəsi davam edir
“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci mövsümü davam edir. Yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparır.
“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Sentyabr ayının qalibləri olan “Twitter” istifadəçiləri: Maksim Tsurkov (@MaksimTsurkov), Aynur Əliyeva (@dreaminooo), Mahir Məmmədli (@MahirMəmmədli).
Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.