Bu il 158 yaşayış məntəqəsinə təbii qaz verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il 158 yaşayış məntəqəsinə təbii qaz verilib

17:44 - 06 / 10 / 2016
Bu il 158 yaşayış məntəqəsinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cari ilin 9 ayı ərzində həyata keçirdiyi qazlaşdırma işinin həcmini açıqlayıb.

1news.az-ın verdiyi xəbərə görə, Birlik tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-sentyabr ayları ərzində 7214,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsi qazlaşdırılıb.

1news.az

 

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər