“Günəşli” yatağında daha bir quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağında daha bir quyu istismara verilib

18:09 - 06 / 10 / 2016
“Günəşli” yatağında daha bir quyu istismara verilib

“Azneft” İstehsalat Birliyi tərəfindən “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir.

1news.az-ın Birliyə istinadən verdiyi xəbərə görə, ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra aparılan təmir-bərpa işləri öz bəhrələrini verməkdədir.

Bu günlərdə özüldəki daha bir quyu - 340 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2967-2935 metr intervaldan gündəlik 52 ton neft və 8000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. 

Quyuda istismar işləri “Azneft” İB “28 May” NQÇİ tərfindən həyata keçirilir. 

1news.az

 

Paylaş:
512

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər