Dünya bazarında neft ucuzlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarında neft ucuzlaşır

09:53 - 06 / 10 / 2016
Dünya bazarında neft ucuzlaşır

Dünya bazarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 faiz azalaraq 49,54 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 faiz azalaraq 51,56 dollar olub.

Azərbaycan nefti isə bahalaşmaqda davam edir. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,71 dollar və ya 1,38% bahalaşaraq 51,98 dollar təşkil edib.

1news.az

 

Paylaş:
642

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər