Sentyabr ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sentyabr ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

16:54 - 07 / 10 / 2016
Sentyabr ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

Cari ilin sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 140 min 885 ton təşkil edib. 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər