Bakıda kafedə 3 nəfər bıçaqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kafedə 3 nəfər bıçaqlandı

21:24 - 07 / 10 / 2016
Bakıda kafedə 3 nəfər bıçaqlandı

Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən "Kür" kafesində dava düşüb.

1news.az-ın Report-a istinadən məlumatına görə, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb.

Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.

Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

1news.az

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər