Ermənistan ordusunda intiharların sayı 2 dəfə artıb – HESABAT | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan ordusunda intiharların sayı 2 dəfə artıb – HESABAT

11:03 - 07 / 10 / 2016
Ermənistan ordusunda intiharların sayı 2 dəfə artıb – HESABAT

Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan silahlı qüvvələrində (SQ) ölüm hallarının sayı 4 dəfə (3 – 2015-ci ildə, 12 - 2016-cı ildə), intiharların sayı isə - 2 dəfə (10 intihar hadisəsi) artıb.

Bu statistika Helsinki Vətəndaş Assambleyası ofisinin Ermənistan ordusunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə apardığı hesabatda qeyd edilib, bu haqda erməni mətbuatı məlumat yayır.

Araşdırmalara əsasən, bu müddət ərzində Ermənistan SQ-də 146 adi və müqaviləli hərbçilər, eləcə də apreldə baş vermiş dördgünlük müharibə zamanı iştirak etmiş könüllülər də həlak olub.

Təşkilat 146 ölüm faktını qeyd edib: “Bu hadisələrdən 77-si 1-5 aprel tarixlərində, 69 hadisə isə atəşkəs rejimin pozulması nəticəsində, eləcə də bədbəx hadisə, təbii fəlakət, qətl və intihar zamanı baş verib”.

Hüquqmüdafisəçisi bildirib ki, ötən ilin eyni dövrü ilə müqyisədə 56 ölüm hadisəsi baş verib ki, bunlardan 31-i atəşkəs rejimin pozulması zamanı qeydə alınıb.

Bu il (aprel münaqişəsini və atəşkəs rejimini nəzərə almasaq) həmin səbəblərdən ölüm halları 2015-ci illə müqayisədə 3 dəfə azalıb.

42 ölüm faktı üzrə cinayət işi açılıb. Lakin təşkilatın məlumatına görə, digər 104 ölüm halı üzrə heç bir rəsmi cinayət işi açılmayıb.

Hesabatda qeyd edilir ki, ölüm hallarının 20-si Ermənistanda, 126-sı isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərində baş verib.

Xatırladaq ki, Ermənistan SQ-də 2010-2015-ci illər ərzində 206 ölüm hadisəsi baş verib. Bunlardan 48-i intihar, 43-ü isə qətldir.  Bu göstəricilərdə Ermənistan-Azərbaycan təmas xəttində atəşkəsin pozulması zamanı Ermənistan ordusunun  itkiləri nəzərə alınmır.

1news.az

 

Paylaş:
2689

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər