Bakıda barda dava: ərəb türkün qulağını dişləyərək qoparıb
Bakı şəhərindəki barların birində əcnəbilər arasında qarşıdurma yaranıb.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən barlardan birində baş verib.
Ərəb ölkələrindən birinin vətəndaşı ilə Türkiyə vətəndaşı arasında mübahisə yaranıb. Nəticədə ərəb Türkiyə vətəndaşı Cengiz Çakmakın qulağını dişləyərək qoparıb. Təcilli xəstəxanaya yerləşdirilən C. Çakmakın qulağına tikiş qoyulub.
Faktla bağlı təhqiqat aparılır.
1news.az
857