Azərbaycan İslam ölkələrinin gənclər və idman nazirlərinin növbəti sessiyasına ev sahibliyi edəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan İslam ölkələrinin gənclər və idman nazirlərinin növbəti sessiyasına ev sahibliyi edəcək - FOTO

16:15 - 08 / 10 / 2016
Azərbaycan İslam ölkələrinin gənclər və idman nazirlərinin növbəti sessiyasına ev sahibliyi edəcək - FOTO

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclər və idman nazirlərinin sessiyası işini başa çatdırıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin sonuncu günündə İƏT ölkələrinin gənclər siyasəti sahəsində fəaliyyətinə dair mühüm qərarlar, o cümlədən gənclər siyasəti üzrə İstanbul Bəyannaməsi, İƏT gənclər və idman nazirlərinin birgə Fəaliyyət Planı, İƏT idman strategiyası, habelə qarşıdakı on ildə İslam ölkələrinin gənclər siyasətini formalaşdıracaq İƏT Gənclər Strategiyası qəbul olunub.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF) tərəfindən hazırlanmış İƏT Gənclər Strategiyası elm, təhsil, ictimai fəallıq, insan haqları, biznesin inkişafı, radikalizmə qarşı mübarizə sahələrində əməkdaşlıqla yanaşı, İƏT Gənclər mərkəzlərinin və İƏT Gənclər Fondunun yaradılmasını da nəzərdə tutur. Strategiya İslam ölkələri arasında gənclər siyasətinin qarşılıqlı əməkdaşlıq və vahid platforma əsasında aparılmasını nəzərdə tutan ilk belə sənəddir.

Tədbirdə ümumilikdə gənclər siyasəti üzrə 11 yekun qətnamə qəbul olunub. Həmin sənədlər arasında İƏT ölkələri gənclər hərəkatlarının birgə fəaliyyət nümunəsi olaraq “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına yüksək qiymət verilib. Kampaniyanın təşəbbüsçüsü İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevaya minnətdarlıq ifadə olunub. “Xocalıya Ədalət” kampaniyası İƏT gənclər və idman nazirlərinin birgə Fəaliyyət Planına daxil edilib.

Eyni zamanda, İƏT gənclər və idman nazirləri şurasının üçüncü sessiyası bu strategiya əsasında gənclik fəaliyyətlərinin davamlı icrası üçün İƏT Gənclər və İdman Nazirləri Şurasının yaradılması haqda qərar qəbul edib. Nazirlər Şurasının səmərəli və davamlı fəaliyyəti üçün Şuranın daimi katibliyinin təsis olunması qərara alınıb. İƏT arealında gənclər siyasəti sahəsindəki çoxillik fəaliyyət təcrübəsi nəzərə alınaraq, Nazirlər Şurasının daimi katibliyi funksiyası İƏT Gənclər Forumuna həvalə edilib.

Həmçinin 2017-ci il üçün “İslam ölkələri gənclər paytaxtları” olaraq Malayziyanın Putracaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərləri seçilib. Bununla bağlı həmin ölkələrin gənclər məsələlərindən məsul nazirlikləri ilə müvafiq protokollar imzalanıb.

Tədbirdə İƏT gənclər və idman nazirlərinin 2018-ci ildə keçiriləcək növbəti sessiyasına Azərbaycanın ev sahibliyi etməsi haqda qərar qəbul olunub. Azərbaycanda 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlar və ölkəmizin İƏT məkanında gənclər siyasətinə verdiyi dəstək üzv ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, İƏT gənclər və idman nazirləri sessiyasına ev sahibliyi iki il müddətində həyata keçirilir.

1news.az

Paylaş:
540

Son xəbərlər

Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04
Bütün xəbərlər