Bakıda şou biznez və idman ulduzlarının iştirakı ilə Billionaire Lounge-ın təntənəli açılışı baş tutub - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Bakıda şou biznez və idman ulduzlarının iştirakı ilə Billionaire Lounge-ın təntənəli açılışı baş tutub - FOTO - VİDEO

12:10 - 08 / 10 / 2016
Bakıda şou biznez və idman ulduzlarının iştirakı ilə Billionaire Lounge-ın təntənəli açılışı baş tutub -  FOTO - VİDEO

Sentyabrın 30-da Bakının mərkəzində, Süleyman Rüstəm 47 ünvanında paytaxtımızda ən ideal  istirahət və əyləncə mərkəzlərindən biri olacağına iddialı olan Billionaire Lounge-ın təntəni açılışı mərasimi baş tutdu.

Ən başlıcası isə, Billionaire Lounge layihəsini Bakı sakinləri və qonaqlarının sevgisini qazanmış "Hollywood" kino-klubları şəbəkəsinin sahibi kimi tanınan Əlyar Qasımov və peşəkar komandası tərəfindən həyata keçirilməsi bu iddiaya əsas verir.

Billionaire Lounge-ın açılış mərasimi əsl təntənəli Hollywood ənənələri kimi - dəvət olunmuş məşhur qonaqların keçdiyi qırmızı xalı və ecazkar atəşfəşanlıqla keçirildi.

Dəvətlilər arasında Billionaire Lounge-ın ilk valehedici mühitinin həzzini yaşayan məşhurlardan - Olimpiya medalçısı Elmar Qasımov, aktyor və teleaparıcı İlkin Həsəni və "Bozbaş Pikçers" TV layihəsinin sevimli ulduzları, aktrısa Pərvin Abiyeva, teleaparıcı Günel Hümbətova, model Kamilə Babayeva, sosial şəbəkələrin və Instagram ulduzu Samiraldo, müğənnilər Ayğün Rəhimova, Aysel Əlizadə, Nura Suri və digər qonaqlar oldu.          

Açılışda iştirak edən hər bir qonağın xüsusi bir dəyər və hörmətlə qarşılandığı gecə özəl  formatda  keçirildi. Dəvətlilər müstəsna pozitiv təəsüratlar və emosiyalarla dolu unudulmaz anları həvəslə kadrlara köçürür, xüsusi aktivliklə sosial şəbəkələrdə paylaşır, məkanın ecazkar dizaynı və ideal xidmətə olan heyranlıqlarını da bölüşməyi də unutmadılar.

Standartladan uzaq, məkanın komfortu ilə mükəmməl ahəng yaradan, özündə lüks, qlamur, şıklığı bir araya gətirən futuristik dizaynı, eyni zamanda komfort və rahatlıq özəllikləri Billionaire Lounge-ın  adını daha parlaq şəkildə ifadə edir.

Məkanda qonaqların bağlı mühitdə istirahət edə biləcəyi yüksək komfort və əla xidməti ilə diqqət çəkən VIP bölmələri də qeyd etmək yerinə düşər.

Billionaire Lounge mətbəxinə gəldikdə isə, dad və çeşidləri ilə hətta qurmanları belə heyran edəcək təamlarla öyünə bilər.

Necə deyərlər, 100 dəfə eşitməkdənsə bir dəfə görmək, daha doğrusu lüks və şıklığın bir başqa aləmi - Billionaire Lounge-a təşrif  buyurmaq daha yaxşıdır!

Billionaire Lounge-la bağlı Sizi maraqlandıran bütün məlumatları Instagram sosial şəbəkəsindəki səhifədən, eləcə də (+99450) 666-56-66 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Paylaş:
2293

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər