Yağmurlu hava davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağmurlu hava davam edəcək

13:23 - 21 / 10 / 2016
Yağmurlu hava davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı  gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 11-14, Bakıda gecə 9-11, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 22-də əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji  amillərin zəif  və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər