İraq ordusu Mosulu qaytardığı zaman İŞİD Kərkükə hücum edir | 1news.az | Xəbərlər
Dünya

İraq ordusu Mosulu qaytardığı zaman İŞİD Kərkükə hücum edir

15:52 - 21 / 10 / 2016
İraq ordusu Mosulu qaytardığı zaman İŞİD Kərkükə hücum edir

İraq ordusu ölkənin ikinci ən iri şəhəri olan Mosulu terrorçulardan almağa çalışarkən, İŞİD Kərkükə hücum edib.

1news.az-ın Reuters-ə istinadən verdiyi məlumatına əsasən, Kərkükə hücum zamanı İŞİD terroçuları şəhərin kənarında yerləşən elektrik stansiyasında 18 nəfəri, o cümlədən iki iranlını qətlə yetirib.

Bununla birgə, şəhərdə neft məhsulları emal edən təsisatlar hədəfə çevrilməyib.

Qeyd edək ki, əhalinin əsasını türkmanlar təşkil edən, Kərkük şəhəri Bağdadla Mosulun arasında yerləşir.

1news.az

Paylaş:
553

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər